ABŞ səfirliyi müharibə riskinə dair vətəndaşlarına xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i367709-abŞ_səfirliyi_müharibə_riskinə_dair_vətəndaşlarına_xəbərdarlıq_etdi
ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tapşırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2020 06:50 Asia/Baku
  • ABŞ səfirliyi müharibə riskinə dair vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tapşırıb.

Səhər Azəri bildirir ki, bubarədə Axar.az saytı səfirliyin rəsmi səhifəsinə istinadla məlumat yayıb.

ABŞ səfirliyinin xəbərdarlığında səbəb olaraq son günlər Azərbaycan-Ermənistan sərhədində artan müharibə təhlükəsi göstərilib.

Azərbaycandakı ABŞ vətəndaşlarına yeni xəbərləri izləməyə davam etmələri tövsiyə olunur. ABŞ səfirliyi öz vətəndaşlarını kütləvi yerlərdə diqqətli olmağa və baş verə biləcək hər hansı bir nümayişdən çəkinməyə çağırıb.

"Səfirlik təhlükəsizliklə bağlı vəziyyəti izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, - məlumatda qeyd olunub.