Sen 30, 2020 20:42 Asia/Baku
  • Əliyevin müharibəni dayandırmaq üçün irəli sürdüyü yeganə şərt nədir?

Azərbaycan Respublikasının Prezidenti deyib: Azərbaycan üçün yeganə şərt Ermənistanın geri çəkilməsidir və geri çəkilmə vəziyyətində münaqişə dayanacaq.

SəhərAzəri xəbər verir, İlham Əliyev bildirib: “biz öz torpağımızda vuruşuruq, bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, yaralanır və biz öz torpağımızı azad edirik. Artıq dördüncü gündür, davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğalçılardan azad edib. Uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq, bu torpaqlarda öz bayrağımızı sancmışıq. Artıq bu torpaqlardan heç kim bizi çıxara bilməz”.
Azərbaycan Respublikasının Prezidenti həmçinin deyib: “biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Ölkə Dağlıq Qarabağ bölgəsindəki hərbi əməliyyatları yalnız ərazi bütövlüyü bərpa edildikdən sonra dayandıracaq. Dağlıq Qarabağla bağlı danışıqlar boşa çıxıb və danışıqlar üçün yeni istəklərə ehtiyac qalmayıb”. 
Əliyev vurğulayıb: “Erməni qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması Azərbaycanın yeganə şərtidir; İrəvan bunu həyata keçirsə, muharıbə dayanacaq”.

Teqlər