Azərbaycan Respublikasında koronavirusa daha 110 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i367859-azərbaycan_respublikasında_koronavirusa_daha_110_nəfər_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2020 18:50 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 110 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40 229 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37 958 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib, aktiv xəstə sayı 1 684 nəfərdir.