Azərbaycan Respublikasında koronavirusa daha 80 nəfər yoluxub
Okt 01, 2020 18:10 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 40 309 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38 068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib, aktiv xəstə sayı 1 648 nəfərdir.