Azərbaycan Respublikasında koronavirusa daha 130 nəfər yoluxub
Okt 04, 2020 22:17 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 40 691 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib, aktiv xəstə sayı 1 599 nəfərdir.