Əlməyadin;
Türkiyənin Dağlıq Qarabağ müharibəsində birbaşa müdaxiləsi
Okt 05, 2020 18:31 Asia/Baku
Dağlıq Qarabağ bölgəsində "Boz Qurdlar"-ın olması, Azərbaycan Respublikası və Ermənistan arasında gedən müharibədə Türkiyənin birbaşa iştirakını göstərir.
SəhərAzəri xəbər verir, Əl-Məyadin müxbiri Xalid Eskif Twitter səhifəsində yazıb: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də Ermənistanın Gəncə hərbi hava limanına hücum etdiyini elan edib, ancaq şəkillərdən birində bir türk "Boz Qurdlar" qüvvəsinin olduğunu anlayan kimi mesajını silib; Çünki bu şəxsin varlığı Türkiyənin Dağlıq Qarabağ müharibəsində birbaşa iştirakını göstərir.
Qeyd edək ki, "Boz Kurtlar", 1990-cı illərin sonlarında Alp Arslan Türkeşin təşəbbüsü və Etnik Hərəkat Partiyasının himayəsi altında qurulan ekstremist bir etnik Türk təşkilatıdır.