Azərbaycan Respublikasında COVID-19-a yoluxma sayı artıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i368184-azərbaycan_respublikasında_covid_19_a_yoluxma_sayı_artıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2020 19:55 Asia/Baku
  • Azərbaycan Respublikasında COVID-19-a yoluxma sayı artıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.

Image Caption