Qoşulmama Hərəkatından Azərbaycana dəstək
Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər Səviyyəsində Görüşü Xüsusi Bəyanat yayıb.
SəhərAzəri Teleqraf-a istinadla xəbər verir, Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayıb, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüfləndiyini bildirib.
Nazirlərin yaydığı bəyanatda deyilir ki, Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında həllinə dəstəyini bir daha təsdiq edir.
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirirlər.