Okt 11, 2020 11:27 Asia/Baku
  • Humanitar atəşkəs rejimini pozaraq Ermənistanin yüksək rütbəli zabiti öldürülüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilən məlumata görə, gecə ərzində Erməni qüvvələrinə atəş zərbəsi vurulmaqla Onların bütün hücum cəhdlərinin qarşısı alınıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistanin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyin iddialarına əsasən, canlı qüvvə sarıdan xeyli itki verən Ermənistan ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.

Teqlər