“Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib”
https://azeri.sahartv.ir/news/azərbaycan-i368265-gəncəyə_raket_hücumu_nəticəsində_məktəb_binalarına_da_ziyan_dəyib
“Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb”.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 11, 2020 20:47 Asia/Baku
  •  “Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib”

“Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb”.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında yazıb.

“Həmçinin 10-dan artıq çoxmənzilli yaşayış binasına, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir”, - deyə nazir bildirib.