Ermənistanla qarşıdurmalar nəticəsində;
Azərbaycan Respublikasının 248 mülki vətəndaşı öldürülüb və ya yaralanıb
Okt 12, 2020 19:46 Asia/Baku
Son 16 gündə Azərbaycan Respublikası ilə Ermənistan arasında baş verən toqquşmalarda Azərbaycan Respublikasının 41 mülki vətəndaşı həlak olub və 207 nəfər yaralanıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Baş Prokurorluğu bildirib: Sentyabrın 27-dən bəri ermənilərin Azərbaycanın yaşayış və mülki ərazilərinə hücumları nəticəsində 41 mülki şəxs ölüb və 207 mülki insan yaralanıb, 1.185 yaşayış evi və 57 mülki ərazi də tamamilə dağıdılıb və ya ciddi şəkildə ziyan görüb.