Kəmaləddin Heydərov: “Ermənistanın Gəncəni bombalaması nəticəsində dağılmış evlərin hamısı yenidən tikiləcək”
Kəmaləddin Heydərov deyib : “Ermənistanın Gəncəni bombalaması nəticəsində dağılmış evlərin hamısı yenidən tikiləcək”
SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, Gəncədə səfərdə olan Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib :“Ermənilərin Gəncə şəhərinə atdığı raketi dərhal müşahidə kamerasından gördük. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasediciləri, xüsusi riskli dəstənin əməkdaşları dərhal hadisə yerinə cəlb olundu, xilasetmə və axtarış işlərinə başladılar. Bildiyimiz kimi, hadisə zamanı dağıntılar altından 9 cəsəd çıxarılıb, 35 nəfər yaralanıb. Çox təəssüflər olsun ki, yaralananlar arasında uşaqlar da var”.
Nazir bildirib ki, düşmənin Gəncəni bombalaması erməni faşizminin, Ermənistanda olan hərbi-siyasi rejiminin illər boyu Azərbaycan əleyhinə apardığı iyrənc siyasətinin nəticələrindən biridir: “Onlar bunu tək bu gün törətmirlər, 1988-ci ildən başlatdıqları bu iyrənc siyasət 30 ildən artıqdır ki, davam edir. Bunlardan ən faciəlisi 1992-ci ildə olan Xocalı soyqırımıdır ki, orda həlak olanların heç biri hərbçi deyildi. Onlar bu vəhşiliyi, bu soyqırımı azərbaycanlılara qarşı törədirlər, Gəncədə törətdikləri də eyni vəhşiliyin davamıdır”.