Azərbaycan Respublikasında koronavirusa daha 277 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i368364-azərbaycan_respublikasında_koronavirusa_daha_277_nəfər_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2020 19:25 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 277 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 42 381 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2 301 nəfərdir.