Okt 15, 2020 09:48 Asia/Baku
  • “Elbrus” raketi Bakıya da düşə bilərdi

“Azərbaycan Respublikası Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının şəhərlərinə zərbələr endirirlər”.

SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, Bunu Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhəddə baş verən hadisələrlə bağlı dünən Bakıda keçirilən brifinqdəki çıxışı zamanı bildirib.

İkram Əliyev diqqətə çatdırıb ki, oktyabrın 11-də Mingəçevir və Gəncə şəhərlərinə zərbələr endirilib. Əgər bu raket atılsaydı, o hətta Bakının da ətrafına düşə bilərdi. Burada böyük infrastrukturlar daxil olmaqla zərbə endirilə bilərdi. Bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakını da ötə bilərdi.

“O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafındakı Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə Azərbaycan Respublikasının şəhərlərinə zərbələr endirib”.

General-mayor İkram Əliyev bildirib ki, 300 kilometr atış məsafəsinə malik “Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə də malikdir. Əgər o, Dağlıq Qarabağ ərazisinə gətirilsəydi, hansı dağıntılara səbəb ola biləcəyini aydın təsəvvür etmək mümkündür.

Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən birinci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın yetmiş birinci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir., - deyə general əlavə edib.

Teqlər