"Bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, əvvəl özlərinə baxsınlar"
https://azeri.sahartv.ir/news/azərbaycan-i368982-bizi_ittiham_etmək_istəyənlərə_təklif_edirəm_ki_əvvəl_özlərinə_baxsınlar
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2020 13:32 Asia/Baku

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Azərbaycan Prezidenti əlavə edib: "Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində".