İsveçrə şirkəti Vejnəli qızıl yatağından 300 milyon manatdan çox qanunsuz gəlir əldə edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i369129-İsveçrə_şirkəti_vejnəli_qızıl_yatağından_300_milyon_manatdan_çox_qanunsuz_gəlir_əldə_edib
İsveçrə şirkəti Vejnəli qızıl yatağından 300 milyon manatdan çox qanunsuz gəlir əldə edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2020 12:54 Asia/Baku
  • İsveçrə şirkəti Vejnəli qızıl yatağından 300 milyon manatdan çox qanunsuz gəlir əldə edib

İsveçrə şirkəti Vejnəli qızıl yatağından 300 milyon manatdan çox qanunsuz gəlir əldə edib

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinin verdiyi məlumata görə, son günlərdə işğaldan azad edilən zəngilan rayonunun Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Qeyd edilən cinayət faktları ilə əlaqədar sözü gedən şirkətlərin rəhbərləri barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Həmçinin, cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.