Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında döyüşlər davam edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i369245-azərbaycan_respublikası_və_ermənistan_qüvvələri_arasında_döyüşlər_davam_edir
Ötən sutka ərzində Azərbaycan Respublikası ordusunun müxtəlif istiqamətlərdəki mövqeləri və bu ölkənin yaşayış məntəqələri Ermənistan qüvvələri tərəfindən müxtəlif sialhlarla atəşə tutulub. Bunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 06, 2020 10:55 Asia/Baku
  • Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında döyüşlər davam edir

Ötən sutka ərzində Azərbaycan Respublikası ordusunun müxtəlif istiqamətlərdəki mövqeləri və bu ölkənin yaşayış məntəqələri Ermənistan qüvvələri tərəfindən müxtəlif sialhlarla atəşə tutulub. Bunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildiribdir ki, ötən sutka ərzində Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində şiddətli döyüşlər davam edib və Azərbaycan Respublikası ordusunun qarşılıqlı cavabı nəticəsində bir qrup erməni qüvvəsi ölüb və yaralanıb, bir qrupu isə geri çəkilməyə məcbur edilibdir.

Bu məlumata görə, dünən gecədən bu gün səhərədək Ermənistan qüvvələri ağır texnikadan istifadə ilə bu ölkənin Çəmbərək, Berd və Vardenis səmtlərindən Azərbaycan Respublikası ordusunun Tovuz, Gədəbəy və Daşkəsən şəhərləri üzrə sərhəd məntəqələrindəki mövqelərini atəşə tutublar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi başqa bir məlumatda bildiribdir ki, Ermənistan qüvvələri bu gün səhər saat səkkizdən artilleriya da daxil olmaqla ağır texnikadan istifadə etməklə Tərtər rayonun kəndlərini hədəfə alıblar. Azərbaycan Respublikası ordusu da bu atəşlərə münasib və lazımi cavabı verir.

Dünən gecə Goranboy rayonun kəndləri də Ermənistan qüvvələrinin atəşləri altında olublar.