Azərbaycan Respublikasında son sutkada 1465 nəfər COVID-19-a yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i369252-azərbaycan_respublikasında_son_sutkada_1465_nəfər_covid_19_a_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2020 14:07 Asia/Baku
  • Azərbaycan Respublikasında son sutkada 1465 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257 nəfərdir.

Bu ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə  1417368 test aparılıb.