Noy 06, 2020 17:43 Asia/Baku
  • Azərbaycan Respublikasının 10 şəhər və rayonunda xüsusi karantin rejimini sərtləşdirilib

 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkənin 10 şəhər və rayonunda xüsusi karantin rejimini sərtləşdirib.

SəhərAzəri xəbər verir, noyabrın 7-dən Azərbaycan Respublikasında bəzi şəhər və rayonlarda karantin rejimi yenidən sərtləşdirilir. 4 şəhər və 10 rayona giriş-çıxış dayandırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, noyabrın 7-i yerli vaxtla saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır. Həmçinin 7 noyabrdan etibarən, qeyd olunan şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

 

Teqlər