Noy 07, 2020 11:53 Asia/Baku
  • Ermənistan ordusu yaşayış məntəqələri yenidən atəşə tutub

Azərbaycan Müdafiə Nazirliyi bildirib: "Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür".

SəhərAzəri xəbər verir, Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib: "Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini və Ağdam rayonunun Çullu və Çıraqlı kəndlərini artilleriya atəşinə tutub. Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür".

Həmçinin Azərbaycan Müdafiə Nazirliyi vurğulayib, Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

 "Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb" - deyə  Müdafiə Nazirliyi bildirib.

Teqlər