Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i369295-azərbaycan_ordusu_daha_16_kəndi_işğaldan_azad_edib
İlham Əliyev bildirib: "Xocalı və Xocavəndin kəndləri işğaldan azad edilib"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2020 09:54 Asia/Baku
  • Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

İlham Əliyev bildirib: "Xocalı və Xocavəndin kəndləri işğaldan azad edilib"

SəhərAzəri xəbər verir, Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,  Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib.

Qeyd edək ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün tvitter hesabında yazıb: "Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"