Azərbaycan Respublikasının daha 48 kəndi işğaldan azad edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i369395-azərbaycan_respublikasının_daha_48_kəndi_işğaldan_azad_edilib
Azərbaycan Prezidenti Dağlıq Qarabağdakı 8 strateji yüksəkliklər ilə yanaşı 48 digər kəndin azad olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2020 21:43 Asia/Baku
  • Azərbaycan Respublikasının daha 48 kəndi işğaldan azad edilib

Azərbaycan Prezidenti Dağlıq Qarabağdakı 8 strateji yüksəkliklər ilə yanaşı 48 digər kəndin azad olunduğunu bildirib.

SəhərAzəri xəbər verir, İlham Əliyev Bazar ertəsi axşamı ikinci Tvitter mesajında yazib: "Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir".

Xatirladaq ki, bu gün səhər ​​Azərbaycan Prezidenti ilk Twitter mesajında da Dağlıq Qarabağın mübahisəli bölgəsində yerləşən "Füzuli", "Xocalı", "Xocavənd", "Cəbrayıl", "Qubadlı" və "Zəngilan" ərazilərindəki 23 kəndin azad edildiyini bildirib. 

Buna görə, bu gün Azərbaycan Ordusu 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi işğaldan azad edib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan qüvvələri arasında hərbi toqquşmalar 27 sentyabrda mübahisəli Dağlıq Qarabağ bölgəsində başlayıb və beynəlxalq vasitəçilərin köməyi ilə üç atəşkəs razılaşmasına baxmayaraq, münaqişə davam edir.