Azərbaycan Respublikasında koronavirusa daha 4 212 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i370154-azərbaycan_respublikasında_koronavirusa_daha_4_212_nəfər_yoluxub
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 18 420 test aparılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2020 20:08 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 4 212 nəfər yoluxub

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda son sutka ərzində 18 420 test aparılıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda indiyədək ümumilikdə 114 min 025 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb, bu ölkədə son sutka ərzində 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.