Əliyev: "Qarabağın dağıdılmış bölgələri dost ölkələrin iştirakı ilə bərpa olunacaq"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, Qarabağın dağıdılmış bölgələri dost ölkələrin iştirakı ilə bərpa olunacaq.
SəhərAzəri xəbər verir, İlham Əliyev İtaliya parlament heyətilə görüşdə bildirib ki, hal-hazırda Qarabağda geniş quruculuq işləri və bərpa dövrü gəlib çatıb.
O, deyib: Bu işlərin görülməsi üçün Azərbaycan Respublikası şirkətlərindən əlavə, dost ölkələrin şirkətlərini də dəvət edəcəyik.
Azərbaycan Respublikası prezidentinin sözlərinə görə, Qarabağda erməni qüvvələrin işğalı altında olan bölgələrin bir çoxu, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları tam şəkildə dağıdılıbdır.
Azərbaycan Respublikası son 44 günlük savaşda öz ərazilərini Ermənistanın işğalından çıxara bildi. Bu müharibədə Azərbaycan Respublikasının 2783 hərbçisi həyatını itirdi.