“YAŞAT” Fondu şəhid ailələri və əlillilərin kreditləri və borc öhdəliklərini qarşılayacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i370545-yaŞat_fondu_şəhid_ailələri_və_əlillilərin_kreditləri_və_borc_öhdəliklərini_qarşılayacaq
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan "YAŞAT" Fondu şəhid ailələri və əlillilərin kreditləri və borc öhdəliklərini qarşılayacaq.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 08, 2020 11:01 Asia/Baku
  • “YAŞAT” Fondu şəhid ailələri və əlillilərin kreditləri və borc öhdəliklərini qarşılayacaq

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan "YAŞAT" Fondu şəhid ailələri və əlillilərin kreditləri və borc öhdəliklərini qarşılayacaq.

SəhərAzəri Apa-ya istinadən xəbər verir, bu, İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda öz əksini tapıb.

Bu Qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.