Hadrutda ermənilərin qəfil hücumu nəticəsində 4 Azərbaycan hərbçisi şəhid olub
Noyabr ayının 26-də Azərbaycan Respublikasının işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində xidmət aparan hərbiçilərə ermənilərin qəfil hücumu nəticəsində bu ölkənin 3 hərbi qulluqçu öldürülüb, 2 nəfər yaralanıb.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Qeyd olunanı nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.
"Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir”, - deyə məlumatda qeyd olunub.