Dek 24, 2020 15:04 Asia/Baku
  • Əliyev Qubadlı və Zəngilanda olub

Azərbaycan Respulikasının prezidenti 44 günlük müharibə zamanı Ermənistanın işğalından azad edilmiş Qubadlı şəhərinə səfər edib.

SəhərAzəri xəbər veriri ki, İlham Əliyev bu səfərdə Qubadlı şəhərinin dağıdılmış bölgələrinə işarə edərək, deyib: Bizim bütün kəndlərimiz, tarixi və dini abidələrimiz erməni hərbçiləri tərəfindən dağıdılıb, hətta faşistlər belə, ikinci dünya müharibəsi zamanı bu cür cinayətlər törətməmişdilər.

Azərbaycan Respulikasının prezidenti əlavə edib: Biz bütün bu kəndləri bərpa edəcəyik.

İlham Əliyev azad edilmiş Zəngilan şəhərində isə belə deyib: Dağlıq Qarabağda kəndlərin dağıdılması barədəki sənəd və faktlar Ermənistandan kompensasiya almaq üçün arxivləşdiriləcəkdir.

Azərbaycan Respulikası prezidentinin sözlərinə görə, Dağlıq Qarabağda erməni qoşunları tərəfindən işğal olunmuş bir çox rayonlar, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı tam şəkildə dağıdılıbdır.

Azərbaycan Respulikası son 44 günlük müharibədə öz torpaqlarını Ermənistanın işğalından çıxara bildi. Bu müharibə cəbhələrində 2783 Azərbaycan Respulikası hərbçisi həyatını itirdi.

Teqlər