Azərbaycan Respublikasında koronavirusa gündəlik yoluxma halları nəzərəçarpacaq dərəcədə azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i371635-azərbaycan_respublikasında_koronavirusa_gündəlik_yoluxma_halları_nəzərəçarpacaq_dərəcədə_azalıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusa gündəlik yoluxma hallarının nəzərəçarpacaq dərəcədə azaldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2021 17:18 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa gündəlik yoluxma halları nəzərəçarpacaq dərəcədə azalıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusa gündəlik yoluxma hallarının nəzərəçarpacaq dərəcədə azaldığını bildirib.

SəhərAzəri xəbər verir, son iki ayda Azərbaycan Respublikasında koronavirusa gündəlik yoluxma halı hərçənd dörd min nəfərdən çox olub, lakin son günlər rəsmi məlumata görə, bu göstərici üç yüz nəfərədək azalıbdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, son sutka ərzində bu ölkədə bütövlükdə 334 yoluxma halı qeydə alınıbdır.

Azərbaycan Respublikasında koronavirusa ümumi yoluxma halı 220 min 599 nəfər elan olunubdur ki, onlardan 196 min 734 nəfəri müalicə olunub, iki min 761 nəfər də həyatını itiribdir.