Şuşa şəhəri Azərbaycan Respublikasının mədəniyyət paytaxtı seçilib
Azərbaycan Respublikasının prezidenti Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərini Azərbaycan Respublikasının mədəniyyət paytaxtı elan edib.
SəhərAzəri xəbər verir, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
İlham Əliyev deyib: "Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər"
"Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir", - deyə Azərbaycan Respublikası prezidenti bildirib.
Qeyd edək ki, Şuşa şəhəri , Qarabağ bölgəsinin ikinci ən mühüm şəhərdir və bölgənin coğrafi mövqeyinə və bu şəhərin "Xankəndi"yə gedən yolda yerləşməsinə görə strateji əhəmiyyətə malikdir.
Şəhər 8 may 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal edilmişdir. Ancaq indi Azərbaycan Respublikası qüvvələrinin nəzarətindədir.