Yan 11, 2021 00:03 Asia/Baku
  • “Azərbaycan Respublikasının ərazi bötövlüyünü bərpa etməsi regionun inkişafı üçün yeni perespektivlər təmin edib”

Azərbaycan Respublikasının Millət vəkili deyib: "Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə yaranan yeni geostarteji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perespektivlər təmin edib”.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, bunu açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, hazırki  postmüharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Belə olan halda yaranmış yeni şəraitdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycan yönəlmiş olur: "Bu sırada ilk növbədə Rusiya,Türkiyə və İranı qeyd edə bilərik. Əslində Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və postmüharibə mərhələsində sülhün qorunmasında iştirakını da nəzərə alsaq, o zaman bu iki ölkənin Azərbaycanla əməkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oyanaya biləcəkləri ortaya çıxmış olur. Şübhəsiz ki, qonşu İranın da regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır. Bu da region ölkələrinin, xüsusən də yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi bir tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər".

Teqlər