Qarabağ bölgəsində 23 mindən çox partlayıcı qurğu zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i371910-qarabağ_bölgəsində_23_mindən_çox_partlayıcı_qurğu_zərərsizləşdirilib
Rusiyanın Müdafiə Nazirliyi Qarabağ bölgəsində 23 mindən çox partlayıcı qurğunun zərərsizləşdirildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2021 15:53 Asia/Baku
  • Qarabağ bölgəsində 23 mindən çox partlayıcı qurğu zərərsizləşdirilib

Rusiyanın Müdafiə Nazirliyi Qarabağ bölgəsində 23 mindən çox partlayıcı qurğunun zərərsizləşdirildiyini bildirib.

SəhərAzəri xəbər verir, Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin Qarabağ bölgəsindəki sülhməramlıları 23 mindən çox partlamamış hərbi sursatı zərərsizləşdirərək, təxminən 479 hektar ərazini də minalardan təmizləyiblər.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu ölkənin sülhməramlıları Qarabağ bölgəsinin geniş bir ərazisini minalardan təmizləmək üçün müasir robot sistemlərindən istifadə ediblər.