Yan 16, 2021 08:32 Asia/Baku
  • Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər

15 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri və Rusiya Federasiyasının xarici işlər naziri arasında telefon danışığı baş tutub.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Cari ilin 15 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Teqlər