Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i372420-azərbaycanda_istixana_sahiblərinə_qazdan_istifadəyə_görə_ödənişdə_güzəşt_tətbiq_olunacaq
Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2021 10:23 Asia/Baku
  • Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq

Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq

SəhərAzəri xəbər verir ki, 2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.  “Azəriqaz” İstehsalat Birliyindən APA-Economics"ə verilən məlumata görə, belə ki, xüsusən Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib. 

Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını “Azəriqaz” anlayışla qəbul edir. 

Bu səbəbdən istixana sahibləri mövcud borclarının 50%-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər.