Yan 31, 2021 18:26 Asia/Baku
  • Azərbaycanda Su təchizatının tarifinin dəyişməsinin səbəbləri açıqlanıb

Az. R-da Su təchizatının tarifinin dəyişməsinin səbəbləri açıqlanıb.

SəhərAzəri xəbər verir ki, Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib ki,  “Azərsu” ASC tərəfindən Tarif Şurasına müraciət olunub. 

Müraciətdə bildirilib ki, son illər  “Azərsu” ASC  tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində də elektrik enerjisi və digər xərclər artıb: " Buna görə də artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır".

Eyni zamanda  “Azərsu” ASC müraciətində qeyd edib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi , eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir. 

Tarif Şurasının katibi deyib ki, məsələ Tarif Şurasının iclasında müzakirə olunub: “İclasda bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub”.

 

Teqlər