Fev 19, 2021 22:07 Asia/Baku
  • Sergey Markov: “Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi hərbi cinayətdir”

“30 ilə yaxın müddətdə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin nəhəng bir hissəsini minalayıb. Ona görə də bu gün ən vacib vəzifə bu ərazilərin minalardan təmizlənməsidir”.

SəhərAzəri xəbər verir, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üçün bir neçə şey vacibdir:

"Bunlardan birincisi və ən önəmlisi xəritədir. Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Biz indi 10 noyabr bəyanatından üç aydan çox müddət keçdiyini görürük. Lakin xəritə ortada yoxdur. Onlar xəritələrin olmadığını iddia edirlər. Bu, anlaşılan deyil. Ermənilər tərəfdən müharibəyə qədərki dövrdə heç kəsin minaya düşdüyünü görməmişik", deyə politoloq qeyd edib.

Rusiyalı siyasi ekspertin fikrincə, həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsi hərbi cinayətdir:

“Ərazilərin minadan təmizlənməsinə beynəlxalq təşkilatlar qoşulmalıdır. Ona görə də beynəlxalq təşkilatların bura cəlb olunması çox önəmlidir. Buna qədər isə, Azərbaycanla Ermənistan arasında olan sülh razılaşmasını BMT Təhlükəsizlik Şurasının qərarı ilə möhkəmləndirmək vacibdir. Ərazilərin minalardan tam təmizlənməsi üçün bu zəncirvari prosesi başa çatdırmaq lazımdır”.

Teqlər