Bakıya bir ayın yağıntısı bir gündə yağıb
Fev 24, 2021 19:16 Asia/Baku
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib: "Qarın ən kəskin dövrü geridə qaldı"
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:
“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.