Mart 07, 2021 17:49 Asia/Baku
  • Bakıda dünyanın ilk tanker-muzeyi fəaliyyətə başlayıb

İnsanlar və tələbələrin dənizçilik sənayesi və neft məsələləri ilə tanış olmaları məqsədilə Bakıda dünyanın ilk tanker-muzeyi açılıb.

SəhərAzəri xəbər verir ki,Muzeyin direktoru Tural İbrahimov deyib ki, uzunluğu 125,5 metr, çəkisi isə 4696 ton olan bu tankerdən 1957-ci ildən bəri Xəzər dənizində istifadə olunurmuş.

O, sonra deyib: Bu tankerin muzeyə çevrilməsi üçün gəmiçilik sənayesinə maik olan ölkələrin təcrübələrindən istifadə olunub.

Bu muzey turistlərin müşahidələr, meteorologiya, gəmiçilik, rabitə və naviqasiya alətləri ilə tanış olmaları üçün on bir zala malikdir.

Muzeyə gələnlər burada Abşeronda neft hasilatı, gəmiçiliyin inkişaf tarixi, dünyanın ilk gəmiləri, naviqasiya alətləri və beş min ilə yaxın keçmişi olan dəniz qovşaqları və gəmilərin işində istifadə edilən vəsaitlərlə tanış ola bilərlər.

Teqlər