Mart 10, 2021 08:56 Asia/Baku
  • Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir”

Azərbaycan Respublikasının prezidenti Zəngəzur dəhlizinin açılmasını çox önəmli məsələlərdən biri adlandırıb.

SəhərAzəri kanalı xəbər verir ki, İlham Əliyev martın 9-da Türkiyədən olan bir qrup millət vəkili ilə görüşdə bildirib ki,  bölgədə yeni vəziyyət və yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Və buna da nail olmaq lazımdır. 

Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yol əlaqəsinin yaranmasını təmin edəcəkdir. 19 noyabrda imzalanmış üçtərəfli razılaşmada bu müddəa qaldırılsa da, hələ ki, ciddi addım atılmayıb və buna səbəb Ermənistanda Qarabağ məsələsinin həlli sahəsində yekdil rəyin olmamasıdır. 

Erməni müxalifəti baş nazir Nikol Paşinyanı atəşkəsə dair müqaviləni imzalamaqla dövlətə xəyanətdə və satqınlıqda ittiham edir.

Digər tərəfdən Azərbaycandan fərqli olaraq, Ermənistanda Qarabağ münaqişəsinin bitmədiyini düşünür və bölgəyə yeni statusun verilməsində israrlı qalırlar. 

Teqlər