Əliyev ailəvi Xocavəndə getdi
Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, vitse prezident Mehriban Əliyeva və qızları ilə bilikdə Füzuli və Xocavənd rayonlarında olublar.
SəhərAzəri xəbər verir ki, Səfər Azərbaycan və Ermənistan ordularının təlimləri və müharibənin yenidən başlanması ehtimalı ilə bir vaxtda həyata keçirilib.
Səfərdə Mehriban Əliyeva da çəkiliş edib və onu özünün şəxsi səhifəsində yerləşdirib. Bir il əvvəl Ermənistanın baş naziri Nikol Paşiniyanın yoldaşı belə qeydlərə cəhd göstərirdi.
Azərbaycan Respublikası prezidenti bundan əvvəl də bir neçə dəfə işğaldan yeni azad edilən ərazilərə baş çəkib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasındakı 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.