“Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i375327-ermənistanın_yerləşdirdiyi_minalar_əhalinin_təhlükəsizliyi_üçün_ciddi_təhdid_yaradır
Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2021 04:47 Asia/Baku
  • “Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistanın yerləşdirdiyi minalar əhalinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır”

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar Tvitter səhifəsində paylaşım edib.

Məlumatına görə, paylaşımda bildirilib ki, BMT 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan edib.

Azərbaycan Prezidentinin köməkçisi paylaşımda Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistanın yerləşdirdiyi minalara diqqət çəkib: “Ermənistan tərəfindən yerləşdirilən minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhdid yaradır və azad edilmiş torpaqlarda sosial və iqtisadi inkişafa mane olur”.