Minalar və əsirlərl məsələsi Qarabağda sülhə mane olur
ABŞ-da nəşr olunan nəşnal interest qəzeti Qarabağda sülhə mane olan amilləri şərh edib.
SəhərAzəri xəbər verir ki, Nəşr bildirir ki, Rusiya noyabrda imzalanmış atəşkəs müqaviləsindən sonra regionda sülh və atəşkəsin qorunmasına zəmanət verən əsas dövlətə çevrilib. Bu bəyanata əsasən, 1960 rusiyalı sülhməramlı, 90 hərbi zirehli texnika, 380 avtomobil və xüsusi texnika Qarabağ regionuna yerləşdirilib.
Beləliklə, ötən il imzalanmış üçtərəfli bəyanat mühüm sənəddir. Hər halda, hərbi əməliyyatlara məhz bu atəşkəs müqaviləsi ilə son qoyulub. Amma bu müsbət məqamlara baxmayaraq, noyabr bəyanatının bütün müddəalarının yerinə yetirilməsi ilə bağlı çətinliklər və problemlər var. Məsələn, Ermənistan silahlı qüvvələrinin və silahlarının Laçın dəhlizi vasitəsilə Qarabağa daşınması, həmçinin Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxarılmaması narahatlıq yaradan məsələlərdən biridir. Bundan başqa, Yerevanla Bakı 2 əsas məsələni hələ də həll etməyib. Birinci məsələ Ermənistanın 62 hərbçisinin statusu ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan hərbçiləri onları üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra saxlayıb. Erməni hərbçiləri üçtərəfli bəyanatı qəbul etmir və Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatları davam etdirirlərmiş. Bu zaman 4 azərbaycanlı hərbçi və 1 mülki vətəndaş qətlə də yetirilib. Odur ki, Bakı bu şəxsləri terrorçuluqda ittiham edir, noyabr bəyanatından sonra geri qaytardığı erməni əsirlərdən fərqli olaraq, bu əsgərləri Ermənistana təhvil verməkdən boyun qaçırır.
Bütün bunların fonunda Azərbaycan tərəfi Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Məsələ ondadır ki, postmüharibə dövründə minalar məsələsi ciddi problemə çevrilib. Bu gün Qarabağ bölgəsi postsovet məkanında minalarla bağlı ən ciddi problemin olduğu ərazilərdəndir. Xəritələr olmadan onları təmizləmək çox çətindir.