İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşdə deyib:
Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir.
BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır da bu görüşdə deyib:
Azərbaycan BMT üçün çox önəmli bir ölkədir. Zati-alinizin pandemiya dövründə rəhbərlik etdiyi BMT-nin xüsusi sessiyası həqiqətən tam zamanında və son dərəcə önəmli nəticələr ortaya qoyan bir toplantı oldu.