Azərbaycan Ordusunda taktiki təlimlər başladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i375687-azərbaycan_ordusunda_taktiki_təlimlər_başladı
Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2021 18:21 Asia/Baku
  • Azərbaycan Ordusunda taktiki təlimlər başladı

Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.

SəhərAzəri :“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

 Təlimlərdə əsas səylər Vətən Müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla, real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.