Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i375739-azərbaycan_ordusunun_zenit_raket_qoşunlarında_döyüş_atışlı_təlimlər_keçirilib
Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2021 08:10 Asia/Baku
  • Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

SəhərAzəri xəbər verir ki,Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

 Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.