Apr 19, 2021 18:13 Asia/Baku
  • Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki,bu barədə vəkil Cavad Cavadov bildirib.

C.Cavadov bildirib ki, məhkəmədə çıxış etdim və Hacı İlham Əliyevin bəraətini istədim. "Digər vəkil çıxış üçün hazır olmadığına görə, hakim növbəti məhkəmənin Aprel ayının 29-u 12:15-ə təyin etdi."

Qeyd edək ki, bundan öncəki məhkəmədə çıxış edən Dövlət ittihamçısı Ruhani Hacı İlham Əliyev üçün 18 il, onunla birlikdə həbs edilən Mehman Rzayev üçün 15 il müddətində azadlıqdan məhrum etmə cəzası istəmişdi.

 

***

Bu gün Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin məhkəməsi keçiriləcək.

Maide.Az xəbər verir ki, bu barədə vəkil Cavad Cavodov bildirib.

C.Cavadov qeyd edib ki, məhkəmə bu gün (19 aprel tarixində) Faiq Qəniyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində saat 16:00-da baş tutacaq.

Qeyd edək ki, bundan öncə ruhani Hacı İlham Əliyevin işi üzrə aprelin 12-də keçirilməli olan məhkəmə təxirə salınmışdı. Növbəti məhkəmə üçün vaxt təyin edilməmişdir.

Xatırladaq ki, bundan öncəki məhkəmədə çıxış edən Dövlət ittihamçısı Ruhani Hacı İlham Əliyev üçün 18 il, onunla birlikdə həbs edilən Mehman Rzayev üçün 15 il müddətində azadlıqdan məhrum etmə cəzası istəmişdi.

Teqlər