Paytaxt sakinin evindən bir kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i376097-paytaxt_sakinin_evindən_bir_kiloqramdan_artıq_heroin_aşkarlanaraq_götürülüb
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini P.İsmayılov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2021 09:44 Asia/Baku
  • Paytaxt sakinin evindən bir kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini P.İsmayılov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində saxlanılıb.

SəhərAəri Azərtac-a istinadən xəbər verir kia. Azərbaycan Respublikasınn Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, axtarış zamanı ondan 9 qramdan artıq heroin, 9 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi, 1000 manat pul, 1 ədəd plastik kart aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı Nəsimi rayonu ərazisində yerləşən otelə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin, 530 qram metamfetamin, 900 ədəd preqabalin həbi, 185 ədəd “midrax tropicamid” məhlulu və 2 ədəd elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırma aparılır.