Apr 21, 2021 17:19 Asia/Baku
  • Azərbaycan prezidenti Zəngəzura qayıdacaqlarını vəd etdi

Qarabağ münaqişəsinin tam həll olunmadığı üçün ölkə daxilində sərt tənqidlərlə üzləşən Azərbaycan Respublikası prezidenti Ermənistanı, bu ölkənin cənubunu işğal edəcəyi ilə hədələdi.

SəhərAzəri xəbər verir ki,İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.

Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, – deyə İlham Əliyev əlavə edib.

Teqlər