Apr 23, 2021 15:43 Asia/Baku
  • Azərbaycan Respublikasında dərman qaçaqmalçılığı şəbəkəsi məhv edilib

Azərbaycan Respublikasında «Yeni Klinika» xəstəxanasının baş həkimi həbs olunub.

SəhərAzəri xəbər verir ki, o,  xəstəxananın bir qrup işçisi ilə əlbir olaraq, xəstəxananın pulsuz dərmanlarını satmaqla məşğul imiş.

Azərbaycan Respublikasının baş prokurorluğu bildirib ki, «Yeni Klinika» xəstəxanasının baş həkimi Pərviz Abbasov bəzi işçilərlə əlbir olmaq və xəstələrdən iri məbləğdə pul almaq təqsirinə görə, rüşvətxorluq və korrupsiya ilə mübarizə mərkəzinin məmurları tərəfindən yaxalanıb.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi xəstəxanasının baş həkimi İmran Ağayev də xəstəxananın bir qrup işçisi ilə yanaşı məsuliyyətə cəlb olunub. Bu pozğun qrup da koronavirus xəstələrinə lazım olan tibb avadanlıqlarını hazırlamaq və onlara daha yaxşı xidmətlər göstərmək qarşılığında xəstələrdən və onların yaxınlarından rüşvət almaqa ittiham olunur.

Teqlər