May 03, 2021 16:32 Asia/Baku
  • Axar.az feyk məlumat əsasında politoloqdan fikir öyrəndi

Azərbaycana hər hansı ölkədən humanitar yardımın gəlməsində qeyri-adi bir şey yoxdur. Qarabağ da Azərbaycan ərazisidir, ora da humanitar yardım gələ bilər. Ancaq bu yardım mütləq Azərbaycan hökumətinin razılığı və icazəsi ilə olmalıdır.

Bu sözləri Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Axar.az-ın güya İran tərəfindən Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə humanitar yardımların göndərilməsinə dair əsassız iddiasına cavabda deyib. Politoloq Axar.az tərəfindən ona inandırılan əsassız şayiəyə münasibət bildirərkən əlavə edib ki, bu yardımların Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsi ilə edilməsi və bundan Azərbaycanın məlumatsız olması beynəlxalq qanunların, o cümlədən 10 noyabr bəyanatının ciddi şəkildə pozulmasıdır.

Axar.Az-ın barəsində politoloq Tofiq Zülfüqarovdan fikir öyrəndiyi şayiəni isə İsrail və digər xarici təhlükəsizlik orqanlarının nəzarətində fəaliyyət göstərən iranlı separatçıların idarə etdiyi Azad İran teleqram kanalı yaymışdır. Həmin uydurma məlumat və ona aid video tam saxta olaraq, Azərbaycan Respublikasında İrana qarşı bədbinlik yaratmaq məqsədi güdür.

Teqlər