Erməni diversantların qaytarılması İrəvanda coşquya səbəb oldu. Bəs Bakıda?
https://azeri.sahartv.ir/news/azərbaycan-i376691-erməni_diversantların_qaytarılması_İrəvanda_coşquya_səbəb_oldu._bəs_bakıda
Erməni diversantlarından 3-nün azad edilməsi Ermənistanda az qala qələbə kimi qələmə verilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2021 05:35 Asia/Baku
  • Erməni diversantların qaytarılması İrəvanda coşquya səbəb oldu. Bəs Bakıda?

Erməni diversantlarından 3-nün azad edilməsi Ermənistanda az qala qələbə kimi qələmə verilir.

SəhərAzəri-nin məlumatına əsasən, üç erməni hərbçisinin Ermənistana təhvil verilməsinə dair Azərbaycan tərəfinin hələlik hər hansı rəsmi məlumatına rast gəlinməsə də, sosial şəbəkələrin və erməni mətbuatının əsas gündəm mövzusu məhz bu hadisədir. Və əvvəllər olduğu kimi, yenə ermənilər üçün bu prosesdə əsas fiqur Qarabağdakı Rusiya sülhməramlılarınn komandanı general-leytenat Rüstəm Muradov, yəni Rusiyadır.

Bu məlumata əsasən, Erməni mətbuatı, siyasətçiləri, parlament üzvləri rəsmi Bakının bu addımını Qərbin və Rusiyanın təzyiqlərinin nəticəsi kimi qələmə verirlər.

Bununla əlaqədar Ermənistan parlamentinin deputatı Nazeli Baqdasaryan iddia edib ki, həmin şəxslərin qaytarılması “sülhməramlıların komandanı Rüstəm Muradovun səyləri nəticəsində” mümkün olub.

Erməni mətbuatı və siyasətçiləri hərbçilərin qaytarılmasını sadəcə, Avropa Məhkəməsinin, Fransanın, Rusiyanın, ABŞ-ın və s. Bakıya təzyiqlərinə bağlayırlar və bunun əvəzində hər hansı güzəştdən, qarşılıqlı addımdan danışmırlar.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 9 noyabrdan sonra tutulmuş erməni diversantlarını hərbi əsir kimi qələmə vermək düzgün deyil və onlar terrorçu qismində məhkəmə qarşısına gətiriləcəklər. Buna baxmayaraq ötən 6 ayda 62 diversantın Ermənistana təhvil verilməsi üçün Qərb dövlətləri və Rusiya tərəfindən Bakıya çağırışlar var.